Təcili tibbi yardım maşını ilə piyadanı vurub öldürən sərxoş sürücü hökmdən narazıdır

Ağsuda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Vəliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 18-nə təyin edilib.
Şikayət hakim İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd: 2022-ci il dekabrın 13-ü saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.
İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, İlkin Vəliyev cinayət məsuliyyətinə cəlb edilib.
Pravda.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












