Tərtərdə ağır qəza: Avtomobil dərəyə aşaraq iki yerə bölündü - VİDEO
Qəzalar
10 İyul 2023 23:07

Sürəti sıxan sürücü avtomobilini yoldan çıxararaq dərəyə aşırıb.
Avtosfer.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Tərtər rayonunun Seydimli kəndində qeydə alınıb. Görüntülərdən bəlli olduğu kimi, “VAZ-2106” markalı maşın, “VAZ-2102” markalı maşınla toqquşub. Belə ki, sürəti sıxan “06” anidən digər avtomobilin qarşısına çıxıb. Nəticədə “VAZ-2106” yoldan çıxaraq dərəyə aşıb və iki yerə bölünüb. Digər avtomobilin isə ön hissəsi yararsız hala düşüb və daşıdığı meyvə dolu yeşiklər yola tökülüb. “VAZ-2106” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərlə paytaxt xəstəxanalarından birinə yerləşdirilib, vəziyyəti ağırdır.
Nərmin
Oxunub : 3030
DİGƏR XƏBƏRLƏR
22 Noyabr 2026 09:00
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
21 Noyabr 2026 23:51
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
21 Noyabr 2026 20:45
Bakıda ağır qəza: ÖLƏN var
21 Noyabr 2026 14:00
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 18:00
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 16:18
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
ŞƏRH YAZ












