Tərtərdə ağır yol qəzası baş verib, 2 yaralı

Tərtər rayonunda 2 nəfərin xəsarət alması və 4 iribuynuzlu heyvanın tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində qeydə alınıb. İlham Qənbərovun idarə etdiyi "Qazel" markalı yük avtomobili idarəetməni itirərək aşıb. Qəza zamanı sürücü və avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb. Maşının yük yerində olan 4 iribuynuzlu heyvan isə ölüb. Qəzada xəsarət alan 65 yaşlı Məryəm Aslanovanın vəziyyəti ağır olduğu ücün, o, Bərdə Rayon Mərkəzi Xəstəxansına göndərilib. Həkimlərin sözlərinə görə, Reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağırdır. Sürücünün yüngül bədən xəsarətləri aldığı bildirir.
Faktla bağlı rayon polisində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












