“TikTok”da yayılan qəza trendlərindən: Yaralı vəziyyətdə video çəkərək paylaşdı - VİDEO

Yüksək sürətlə avtomobilini idarə edən gənc qəfil qarşısına çıxan maşınla toqquşub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən qəza hadisəsi 31 may tarixində, Tərtər rayonunda qeydə alınıb. Sürücünün özü tərəfindən çəkilən videodan da məlum olduğu kimi 57-CD-212 dövlət nömrə nişanlı, “VAZ-2115” markalı avtomobil yolda dayanan “Mercedes-Benz E-Class” markalı avtomobilə dəyib. Nəticədə bir-biriylə toqquşan avtomobillərin hər ikisi yararsız vəziyyətə düşüb. “Mercedes”in idarəçisi orta xəsarətlər alıb, “VAZ-2115”in sürücüsü isə yüngül zədələrlə olaydan yan ötməyi bacarıb. Qəza şahidlərinin məlumatına görə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb “Mercedes” markalı avtomobilin yolun ortasında dayanması və sürət həddi yüksək olan “VAZ-2115”in sürücüsündə yaranan çaşqınlıq səbəbi ilə baş verib. Olayın təəccüb doğuran məqamı isə, gəncin qurbanına çevrildiyi qəzanı anbaan lentə alaraq “TikTok” trendindən geri qalmaması olub.
Qeyd edək ki, son zamanlar “TikTok”da gəncləri ölümə sürükləyən qəzalarla bağlı videolar artmaqdadır. İşin acınacaqlı tərəfi isə, onların baş verən qəzalardan dərs götürmək əvəzinə, bir-biri ilə rəqabətə girib, canları bahasına olsa belə törətdikləri yol-nəqliyyat hadisələrini paylaşmalarıdır.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












