“Titanik” gəmisinin qalıqları ilk dəfə tam ölçüdə görüntüləndi - VİDEO

Atlantik okeanında 3800 metr dərinlikdə yerləşən “Titanik” gəmisinin qalıqları ilk dəfə tam ölçüdə görüntülənib.
Bunun üçün ilk dəfə dəniz dərinliyinin kartoqrafiyası üçün tamölçülü rəqəmsal skanerdən istifadə edilib. Nəticədə gəminin unikal 3D görüntüsü ortaya çıxıb. Okean suyundan təmizlənmiş görüntülərdə “Titanik”in suyun altındakı görünüşü aydın şəkildə əks olunub. Skanerləmə nəticəsində, hətta pərvanələrdən birinin seriya nömrəsi də görünür.
Gəminin qalıqlarına zərər verməmək üçün komandaya detallara toxunulmasına icazə verilməyib.
Xatırladaq ki, 1912-ci ildə Sauthemptondan Nyu-Yorka doğru yola çıxan “Titanik” gəmisi aysberqə çırpılaraq iki hissəyə bölünüb və batıb. Qəza nəticəsində 1500-dən çox insan həlak olub.
2022-ci ildə “Magelann Ltd” və “Atlantic Production” tərəfindən gəminin skanerlənməsi üçün 200 saatdan çox vaxt sərf edilib. Hər istiqamətdən 700 mindən çox görüntü əldə edilib və 3D rekonstruksiya maketi yaradılıb.
oxu.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












