Törətdiyi qəzaya “hə, nə olub” deyən “Prius” sürücüsü dava saldı - VİDEO

Qayda pozub qəza törədən sürücü ilə həmkarı arasında dava düşüb.
Avtosfer.az-ın məlumatına əsasən, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən yol-nəqliyyat hadisəsi dünən günorta saatlarında Salyan şossesində qeydə alınıb. Videoregistratora düşən görüntüdən aydın olduğu kimi, 77-CN-128 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobil qarşıdakı maşına məhəl qoymayıb. Belə ki, aşağı sürətlə gələn “Prius” ara məsafəsi qoymadan öndə dayanan avtomobilə vurub. Nəticədə vurulan maşının sahibi qəzəblənib və qəzaya səbəb olan sürücüyə iradını bildirib. İşin maraq doğuran məqamı isə səbəbkarın hadisəyə laqeyd yanaşması olub. Şikayət edən sürücüyə “hə, nə olub?” deyə cavab verən şəxs bu zaman onu daha da əsəbiləşdirib və o, söyüş söyməyə başlayıb. Sürücünün nalayiq ifadələrinə reaksiya bildirən “Prius” idarəçisi “Ayıbdı, söyüş söymə” deyib. Daha sonra avtomobilinə əyləşən sürücü “Bu “Prius” sürücülərinin əlindən şəhərdə maşın sürə bilmirik. Ölkəni xaraba qoyublar” söyləyib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












