Tovuzda ağır yol qəzası: 3 ölü, 3 yaralı

Tovuz rayonunda 3 nəfərin ölümü, daha 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Tovuz rayon Polis Şöbəsindən publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 4-də səhər saat 8 radələrində baş verib. Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman Tağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil qarşı tərəfdən yüksək sürətlə gələn “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü və onun avtomobilindəki sərnişini, 1968-ci il təvəllüdlü Mübariz Allahverdiyev hadisə yerindəcə ölüblər.
Maşında olan digər 4 sərnişin isə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan biri, 1954-cü il təvəllüdlü Şahniyar Cəfərov xəstəxanada dünyasını dəyişib.
Digər yaralıların ikisinin vəziyyəti ağır, birinin isə orta-ağır olaraq qalır.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












