Nazirlik Tovuzdakı dəhşətli qəzanın görüntülərini yaydı - VİDEO

Ötən gün Tovuz rayonu, Aşağı Quşçu kəndində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı betonqarışdıran avtomobillə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı 1 nəfər xəsarət alıb.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən betonqarışdıran avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində ətrafa dağılmış yanacaq yuyularaq mümkün yanğın-partlayış hadisəsinin qarşısı alınıb.
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ











