Tovuzda yol qəzası oldu, xəsarət alanlar var
Qəzalar
18 Avqust 2020 01:45
Oxunub 2530

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb. Avtomobil qəzası zamanı Tovuz rayon sakinləri, 1995-ci il təvəllüdlü İlkin Hüseynov, 1997-ci il təvəllüdlü Misirxan Əlirzayev və 1995-ci il təvəllüdlü Elvin Hüseynov müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır .
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













