Toy karvanı qəzaya düşdü - VİDEO

Bakı-Qazax magistralının 118-ci kilometrliyində, yolun Hacıqabul rayonunun ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.
Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 57 yaşlı Mülkədar Rüstəmov idarə etdiyi “MAN” markalı yük maşını ilə Qazax istiqamətində hərəkətdə olarkən toy mərasiminə gedən "Mersedes" markalı avtomobil onun yoluna çıxıb. Nəticədə yük maşını "Mersedes"i arxadan vuraraq yararsız hala salıb. Hadisə zamanı "Mersedes"in sürücüsü, İmişli rayonunun Yalavac kənd sakini, 46 yaşlı Elxan Fərmanov xəsarətsiz ötüşsə də, həmkəndliləri, 31 yaşlı Esmira Muradova və 53 yaşlı Nisə Şükürova ağır yaralanıb. Onlar dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












