Toydan qayıdan sərxoş sürücü qəzada öldü

Bakıda toydan qayıdan sərxoş sürücü avtomobil qəzasında ölüb. Avtosfer.az “report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Qala qəsəbəsindən Xaşaxuna bağları adlanan əraziyə gedən yolda baş verib. Belə ki, “VAZ 2107” markalı avtomobillə hərəkət edən sürücü - 1992-ci il təvəllüdlü Cavid Şahlarov idarəetməni itirib. Nəticədə sürücü avtomobili yol kənarındakı işıq dirəyinə vurub. Xəsarət alan sürücü və maşında olan sərnişin - 23 yaşlı Babayev Fərman Rasim oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü Cavid Şahlarovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, hadisə sürücü C.Şahlarov və xəsarət alan F.Babayev toydan qayıdan vaxt baş verib. Onların hər ikisi qəza anında sərxoş vəziyyətdə olub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












