"Toyota Prado" piyadanın üstündən keçdi

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az eltv-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "Toyota Prado" markalı minik avtomobilinin sürücüsü, Yevlax rayonu Tanrıqulular kənd sakini, 1963-cü il təvəllüdlü Vidadi Cəfərov avtomobili arxaya verərkən yolu keçmək istəyən, Nigar Rəfibəyli küçəsində yaşayan, Mingəçevir şəhər sakini, 1952-ci il təvəllüdlü Məhəbbət Qurbanovu vurub. Avtomobil piyadanın üstündən keçib. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisədən dərhal sonra əraziyə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə göndərilib. Sürücü Vidadi Cəfərov saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır. Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












