Tunisdə qatar relsdən çıxdı: 2 nəfər öldü, 30-dan çox adam yaralandı

Çərşənbə günü gecə saatlarında Tunisin Sus əyalətində qatarın relsdən çıxması nəticəsində azı 2 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Bu barədə "Tunis Afrique Presse" Tunis Milli Dəmir Yolu Şirkətinin (SNCFT) ictimaiyyətlə əlaqələr üzrə direktoruna istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qatarın maşinisti və bir sərnişin yerindəcə dünyasını dəyişib. Ən azı 34 nəfər xəsarət alıb, onlar yerli xəstəxanalara çatdırılıb, hamısının vəziyyəti stabildir.
Qeyd edilir ki, Tunisin paytaxtından Aralıq dənizi sahilindəki Qabes şəhərinə gedən qatar ölkənin şimal-şərqində yerləşən Sus əyalətindəki stansiyanın yaxınlığında relsdən çıxıb.
"Radio Mosaique FM"in verdiyi məlumata görə, ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Rəbi Məcidi hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaya başlamaq barədə göstəriş verib. Agentliyin yaydığı məlumatda bildirilir ki, hesabatın məzmunu tam təfərrüatı ilə ictimaiyyətə təqdim olunacaq. Məcidi özü qəza yerinə SNCFT rəhbəri və texniki ekspertlər qrupu ilə birlikdə gəlib. (report)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












