Turistləri daşıyan avtobus aşıb: 4 ölü, 38 yaralı

Türkiyənin cənub-qərbində yerləşən Dənizli vilayətində Pamukkale şəhərindən Antalya şəhərində hərəkət edən içərisində turistlərin olduğu sərnişin avtobusu aşıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəza Bakı vaxtı ilə saat 18:30 radələrində Dənizli şəhərinin Serinhisar rayonu yaxınlığında baş verib. İlkin məlumata görə, qəzada 4 nəfər ölüb, çox sayda yaralı var. Yaralılar Dənizli və ətraf rayonlardan gələn təcili tibbi yardım maşınları ilə xəstəxanalara qaldırılıb.
Məlumata görə, Belarus vətəndaşları olan turistlər Pamukkale gəzintisindən qayıdırmışlar. Ancaq Sivrihisar rayonu yaxınlığında sürücü idarəetməni itirərək avtobusu yolun kənarındakı tarlaya aşırıb.
Baş vermiş avtobus qəzasının detalları açıqlanıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölənlərdən 4-ü də turistdir və onlar hadisə yerində keçiniblər. Bundan başqa, yaralılardan 35 nəfəri turist, biri sürücü, digər ikisi isə bələdçidir. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzaya yağışdan sonra yolun sürüşkən olması səbəb kimi göstərilib. Avtobusun sərnişinləri əsasən Rusiya, Qazaxıstan və Ukrayna vətəndaşları olub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO













