
Türkiyədə avtobus minik avtomobili ilə toqquşub, 2 nəfər ölüb
Qəzalar
9 İyun 2023 11:49
Oxunub 984

Türkiyədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Avtosfer.az-ın xəbərinə görə, hadisə Zonquldağın Çaycuma adlanan qəsəbəsində qeydə alınıb.
Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.
apa
ŞƏRH YAZ