Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda ötən gün hərbi helikopterin qəzaya uğramasına hava şəraitinin qısa zamanda kəskin dəyişməsinin səbəb olduğu ehtimal edilir.
Avtosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
O, qeyd edib ki, ilkin məlumatlara və şahidlərin ifadələrinə əsasən qəzanın sürətlə dəyişən hava şəraiti səbəbindən baş verdiyi güman olunur.
Bununla belə, hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Qəza ilə bağlı araşdırmalar bu gün başlayacaq.
Hadisə nəticəsində 11 hərbçinin şəhid olduğunu, daha 2 nəfərin yaralandığını bildirən Hulusi Akar qeyd edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib: "Yaralıların müalicəsi davam etdirilir. Vəziyyətləri yaxşıdır".
Hulusi Akar qəzada həlak olanlara rəhmət, ailələrinə səbir diləyib, yaralıların tezliklə sağalmalarını arzulayıb.
Qeyd edək ki, həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var. Hadisə martın 4-də Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır











