Üç adamı yanan maşından çıxartdı - VİDEO

Alovlara qərq olan avtomobildən 3 nəfəri xilas etdi. ABŞ-da hər kəs bu cəsarətli və fədakar hərbçidən danışır. Yolda bir avtomobilin yandığını, xilasedicilərinsə gecikdiyini görən Stiv adlı şəxs vaxt itirməyərək yanan maşına doğru qaçıb və avtomobilin içindəki insanları ölümdən xilas edib. Avtosfer.az xəbər verir ki, Şimali Karolina ştatında yaşayan Stiv mağazalardan birinə gedən vaxt yolda iki avtomobilin qəzaya uğradığını, maşınlardan birinin yandığını görüb. Maşının partlayacağından qorxan digər insanlar avtomobildən uzaq durmağa çalışsa da, Stiv əksini edib. Avtomobilə doğru qaçan cəsarətli hərbçi, alovların pəncəsində olan yaralıları xilas edə bilib. Baş verənlər həvəskar kameradan bu cür lentə alınıb.
Stivin sayəsində dəhşətli qəzada tələfat qeydə alınmayıb. Həvəskar kamera görüntülərinin mediyada yayımlanmasından sonra kapitan rütbəli hərbçi bir anda xalqın əsas müzakirə mövzusuna çevrilib. Bununla belə, cəsarətinin çox da şişirdiləcək bir fakt olmadığını irəli sürən Stiv sadəcə “doğru vaxtda, doğru məkanda” olduğunu bildirib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












