Uçan boşqab aləmi qatdı - VİDEO

Gözlərini uçan naməlum obyektdən çəkə bilmədilər, avtomobillər bir-biri ilə toqquşdu.
Rusiyanın Udmurtiya respublikasında baş verən yol qəzası nadir səbəbi ilə mediada xəbər başlığına çevrilib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, 1 nəfərin öldüyü qəzaya səmada peyda olan uçan boşqab səbəb olub.
Avtomobillərdən birinin video-registratoruna düşən görüntüdə maşınlar hərəkətdə olan vaxt səmada naməlum obyektin uçduğu öz əksini tapır. Qarşıdakı yük maşını və ondan qabaqda hərəkət edən minik avtomoblinin sürücülərinin diqqəti də məhz bu uçan boşqaba yönəlir. Bu səbəbdən yük maşını öndəki minik avtomobilinə çırpılır. Nəticədə maşının sürücüsü dünyasını dəyişir, 22 yaşlı sərnişin isə ölümcül vəziyyətdə həkim nəzarətinə götürülür.
Görüntülərdə səmada uçan obyektin nə olduğunu anlamaq çətindir. Onun həddən artıq sürətlə uçması, bu obyektin təyyarə olmadığını sübut edir. Şahidlər də onun uçan boşqab olduğunu təsdiqləyir. Yük maşınının sürücüsü qəzada ciddi xəsarət almasa da, onu uzun müddət şokdan ayıltmaq mümkün olmayıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












