Ucarda avtomobil aşdı, ölən var

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Qəzyan kəndində qeydə alınan qəza zamanı avtomobilin sürücüsü yerindəcə dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ucar rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Ucarın Qazyan kənd sakini Səbuhi Əhədov idarə etdiyi “BMW” markalı avtomobillə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində idarəetməni itirərək avtomobili yolun kənarındakı dərəyə aşırıb.
Qəza nəticəsində sürücü S. Əhədov hadisə yerində dünyasını dəyişib. “Hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub”- deyə Ucar Polis İdarəsindən bildirdilər.
Faktla bağlı Ucar rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işi açılıb, araşdırma davam etdirilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












