"KamAz" "Opel"i əzib bu hala saldı - 4 nəfər sağ qaldı - FOTO - VİDEO

"Ucarda yük və minik avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti kafi olaraq qiymətləndirilir".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Bakı-Qazax magistralının Ucar rayon Alpout kənd ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya edilib. Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
***
Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan iki "Opel", iki "KamAZ" və iki "Mercedes" (biri yük) markalı maşın toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Güzdəkdə 3 avtomobili təhlükəyə atan sürücü qəza törətdi - REAL VİDEO
Paytaxtda “QAZel”in yük yeri dağıldı, kartoflar yola səpələndi - VİDEO
Bakıda “KamAZ”la toqquşan avtomobil aşdı - ANBAAN VİDEO
Qəzaya səbəb olan polis avtomobilinin sürücüsü hadisə yerindən qaçdı - VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu - VİDEO
İsmayıllıda ağır qəza: ÖLƏN VAR - FOTO
Sabirabadda ağır yol qəzası baş verib - 3 ölü, 5 yaralı - FOTOLAR
İranda avtobus aşdı - Ölənlər var
Bloger Arzumun təqsirləndirildiyi yol qəzasında ölən və xəsarət alan cütlük - FOTOLAR
Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var
Bakıda 3 nəqliyyat vasitəsi toqquşdu; yolda sıxlıq yarandı - VİDEO




















