Qəzaya səbəb olub bir neçə avtomobilə ziyan vuran sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından Avtosfer.az-a verilən məlumata görə, hadisəni törədən Xaçmaz rayonunun Pirquluoba kənd sakini, 1983-cü il təvəllüdlü Hacəliyev Ədalət Şakir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, bir neçə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
*** 20 may, 16:30
Abşeron rayonu, Güzdək yolunda baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlardan görünür ki, “Opel” markalı avtomobilin sürücüsü öndə hərəkət edən nəqliyyat vasitələrini ötmək məqsədilə əks yola çıxıb. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsi ilə təhlükəli vəziyyət yaranıb. Manevr edən sürücü idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb.
Eyni zamanda “Mercedes Atego” markalı yük maşını da toqquşmanın qarşısını almaq üçün son anda manevr edib və təhlükəli vəziyyətdən yayınmağa nail olub.
Qəza nəticəsində “Opel”ə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, ötmə manevri yalnız qarşıdan gələn nəqliyyat vasitəsinin məsafəsi kifayət qədər uzaq olduqda, görünmə şəraiti aydın və yolun qarşı zolağının təhlükəsiz olduğu hallarda yerinə yetirilməlidir. Qarşıdan gələn nəqliyyat vasitəsinə yaxın məsafə olduqda və ya təhlükə ehtimalı yarandıqda ötmə qəti şəkildə qadağandır.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO













