Qarabağda 43 yaşayış məntəqəsində 85 minə yaxın sakin yaşayır - RƏSMİ - FOTO

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan hökuməti tərəfindən təşkil olunan xüsusi sessiya başa çatıb. Sessiyada işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, regional bağlılıqların gücləndirilməsi və postmünaqişə dövründə aparılan bərpa prosesinin əhəmiyyəti barədə geniş təqdimat keçirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov Avtosfer.az-a müsahibəsində bildirib ki, son beş ildə azad olunmuş ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın müasir şəhərsalma yanaşmasının mühüm nümunələrindən biridir.
Onun sözlərinə görə, sessiya zamanı beynəlxalq iştirakçılara Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, infrastruktur layihələri və yaşayış məntəqələrinin yenidən qurulması prosesi barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edilib ki, hazırda 8 şəhərin baş planı hazırlanıb, 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırma sənədləri təsdiqlənib. Azad olunmuş ərazilərdə artıq həyat mərhələli şəkildə bərpa olunur. Bu gün həmin ərazilərdə on minlərlə insan yaşayır, çalışır və təhsil alır.
Sessiyada xüsusilə su təminatı, yol infrastrukturu, kommunikasiya xətləri və sosial obyektlərin qurulması istiqamətində həyata keçirilən layihələr diqqət mərkəzində olub. Bildirilib ki, yenidənqurma prosesinin əsas məqsədi müasir, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasıdır.
“Bütün bu layihələrin əsasında düzgün qurulmuş institusional fəaliyyət, koordinasiyalı idarəetmə və mərhələli icra mexanizmləri dayanır”, – deyə Ramin Cahangirov vurğulayıb.
Sessiyada mina təhlükəsindən təmizləmə məsələsinə də xüsusi diqqət ayrılıb. Qeyd olunub ki, təhlükəsizlik amili postmünaqişə dövründə aparılan bütün bərpa və məskunlaşma prosesinin əsas prioritetidir. Uzun illər işğal və münaqişənin ağır nəticələrini yaşamış ərazilərə təhlükəsiz qayıdışın təmin olunması dövlətin qarşısında duran əsas vəzifələrdən biri kimi qiymətləndirilib.
Xarici ekspertlər çıxışlarında Azərbaycanın həyata keçirdiyi yenidənqurma fəaliyyətinin postmünaqişə dövründə bərpa modeli baxımından beynəlxalq səviyyədə diqqətlə izlənildiyini bildiriblər. Onlar qeyd ediblər ki, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri bir çox ölkələr üçün nümunə hesab oluna bilər.
Azərbaycan tərəfi isə əldə olunan təcrübənin beynəlxalq ictimaiyyətlə paylaşılmasına hazır olduğunu diqqətə çatdırıb.
Səfər
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ
Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT
Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?
Bu yollarda tıxac var - SİYAHI
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq










