"Volkswagen" "06"nı aşırdı: 3 yaralı

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə aprelin 29-da Ələt-Astara magistralının 203-cü kilometrliyində, yolun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Nüvədi qəsəbə sakini İlqar Əhmədovun idarə etdiyi “Volkswagen” markalı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən Lənkəran şəhər sakini Emil Kazımzadənin idarə etdiyi "VAZ-2106" markalı minik maşını qəfildən qarşısına çıxıb və ona çırpılıb. Güclü zərbədən "VAZ-2106" çevrilib, sürücüsü isə ağır xəsarət alıb.
“Volkswagen”in sürücüsü və onun sərnişini, 46 yaşlı Sərraf Abbasov da yaralanıb. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Burada onlara müvafiq tibbi yardım göstərilib.
"VAZ-2106"nın sürücüsü, 24 yaşlı E.Kərimzadənin vəziyyətinın ağır olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










