Xaçmazda kobud qayda pozuntusu və ağır qəza - 7 yaralı - FOTOLAR

Axşam saatlarında Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Xudat-Nabran yolunun 7-ci km-də qeydə alınıb. Xaçmaz istiqamətdə hərəkətdə olan 40 BM 684 nömrəli “VAZ 2106” ötmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn, Bakı şəhər sakini Adil Qəhrəmanovun idarə etdiyi 10 SR 086 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla, daha sonra Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Zamir Səfərovun idarə etdiyi 10 GG 395 dövlət nömrə nişanlı “VAZ 21010” markalı maşınla toqquşub və aşıb.
Qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Xudat Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Firuzə Baxşıyeva və Xaçmaz rayon sakini, 1956-cı il təvəllüdlü Aktifa Həsrətova ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfər isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar, Quba rayon sakinləri, 1992-ci il təvəllüdlü Emin Yunusov, 1993-cü il təvəllüdlü Namiq Manafov, 1992-ci il təvəllüdlü Ənvər Balayev, 1992-ci il təvəllüdlü İlkin Abdullayev və 1994-cü il təvəllüdü, Xaçmaz rayon sakini Zamir Səfərovdur. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Hacıqabulda "Ford" dəmir səddə çırpıldı; sıxılı qalan sərnişin belə xilas edildi - VİDEO
“Aygün Mall”un qarşısında ağır qəza – YARALILAR VAR - VİDEO
Sumqayıtda maşın qazıntı sahəsinə düşdü - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var - FOTOLAR - YENİLƏNİB
Azərbaycan vətəndaşı Türkiyədə qəzada öldü - FOTO
Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO - YENİLƏNİB
“Hyundai” yük maşınına çırpıldı - Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Qəzadan qaçmaq istəyən sürücü maşını kanala saldı - VİDEO
Bakı-Qazax yolunda yük avtomobili aşıb - ANBAAN VİDEO
Manevr qaydasını pozan taksi sürücüsü qəza törədib - VİDEO
İdarəetmədən çıxan “Hyundai” betona çırpılıb tanınmaz hala düşdü - VİDEO











