Xaçmazda qəza: 4 yaralı

Xaçmaz rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. Hadisə Gəndob-Yalama yolunun 39-cu kilometrliyində qeydə alınıb. Xaçmaz rayonu Xudat şəhəri istiqamətində olan Bakı şəhər sakini, 31 yaşlı Mahir Zeynalovun idarə etdiyi 90 TH 578 dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomobillə əks istiqamətdə olan Xaçmaz rayon Nağıoba kənd sakini 32 yaşlı Pərviz Əlifxanovun idarə etdiyi 27 BM 093 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki avtomobildə olan sürücü və “Chevrolet Aveo” markalı avtomobildə olan sərnişinlər, Xaçmaz rayon sakini, 32 yaşlı Ceyhun Teyyubov və Bakı şəhər sakini, 24 yaşlı Aytən Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
APA
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












