Xala ilə bacıqızını maşın vurub

Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə dünən günorta saat 15:20-də baş verib. Laçın rayonundan məcburi köçkün olan 1992-ci il təvəllüdlü Laçın Süleymanov idarə etdiyi “VAZ 2106” yolu keçmək istəyən iki sakini vurub. Polis şöbəsi tərəfindən avtomobillə vurulan şəxslərin 1986-cı il təvəllüdlü Vəfa Məmmədova və onun 12 yaşlı bacısı qızı Günel olduğu müəyyənləşib. Onlar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə, xəsarət alan hər iki şəxsin vəziyyəti orta qiymətləndirilib və onların hər ikisinə lazımı tibbi yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












