Xətaidə "VAZ 2107" aşdı, sürücü ağır yaralandı

Ötən gecə paytaxtın Xətai rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.
APA TV-nin məlumatına görə, hadisə Zığ şosesinin Gəncə prospekti ilə kəsişməsində qeydə alınıb. Belə ki, 90 BC 817 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü Gəncə prospektindən Zığ şosesinə dönən zaman qəfil idarəetməni itirib.
Nəticədə maşın aşaraq, bir neçə metr kənara sürüklənib. Qəza zamanı hələlik kimliyi müəyyən edilməyən sürücü ağır yaralanıb. O, ətrafdakıların köməyi ilə özəl xəstəxanalardan birinə çatdırılıb. Daha sonra isə, qəza yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Polis əməkdaşlarının ilkin araşdırması zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Qəzanın konkret səbəbi isə, yaxınlıqdakı Təhlükəsiz Şəhər (TŞ) kameralarına baxıldıqdan sonra məlum olacaq.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO

















