Xəzərdə qandonduran qəza: Sürücünün başsız bədəni sükan arxasında qaldı - VİDEO

Yüksək sürətin qurbanına çevrilən sürücü “Kamaz”ın altında qalaraq bir göz qırpımında həyatla vidalaşdı.
Avtosfer.az xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi dünən günorta saatlarında, Xəzər rayonunun Qala-Pirallahı yolu istiqamətində baş verib. Hadisə şahidlərindən birinin lentə aldığı görüntülərdən də aydın olduğu kimi “Toyota Prius” markalı avtomobil arxa hissəsi daşla dolu “Kamaz” markalı yük maşını ilə toqquşaraq tanınmaz hala düşüb. Məlumata əsasən, qorxunc qəzanın baş verməsinə səbəb “Prius” sürücüsünün yüksək sürət həddi ilə yolda ötməsi olub. Nəticədə yük maşınının altına girən avtomobilin üzərinə düşən daşlar “Prius”u əzik-əzik edib, hissələrə ayrılmış dəmir parçaları isə sürücünün başını, qolunu və ayağını bədənindən qoparıb. Həmçinin kamaz da yararsız vəziyyətə düşərək idarəçisi müəyyən xəsarətlər alıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












