Xırdalanda qəza - iki nəfər ağır yaralandı – FOTO

Gecə saatlarında Abşeron rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. 32 yaşlı Samid Heydərov idarə etdiyi minik avtomobili qarşıdan gələn və 26 yaşlı Emil Mansurovun idarə etdiyi "Zontes" markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini, 16 yaşlı Araz Əsgərov ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan APA-ya verilən məlumata görə, hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















