Xırdalanda “Shagman” aşdı - FOTO

Xırdalanda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xırdalan dairəsində qeydə alınıb. Belə ki, “Shagman” markalı yük maşını körpünün arakəsməsinə çırpılaraq aşıb. Hələ ki, ölən və yaralananlar haqda xəbər verilmir.
***
Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt şəhərindən paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Məcidov Ağababa Qulam oğlu idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq, aşıb. Qəza zamanı xəsarət alan sürücü hadisə şahidlərinin səyləri ilə avtomobildən çıxarılıb. Ağababa Məcidov təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, ağır kəllə-beyin travması və baş beyinin silkələnməsi diaqnozu qoyulan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.
Aşan avtomobil yüklü olub. Onun yük yerində olan qum yola dağılıb. Qəza nəticəsində Sumqayıtdan Bakı istiqamətində tuneldə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Bakıya gələn maşınlar kənar yolla hərəkət etməli olublar. Yük maşını aşan zaman tunelin beton divarını da uçurub.
Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, eləcə də, hadisənin fəsadlarının aradan qaldırılması üçün ağır texnika cəlb edilib. Aşan yük maşını çətinliklə olsa da, ərazidən uzaqlaşdırılıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO


















