Xızıda iki avtomobil toqquşub, 3 nəfər yaralanıb

Bu gün Bakı-Quba-Rusiya federasiyası dövlət sərhədi magistralında yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, qəza magistralın 57-ci km-də, Xızı rayonunun Sitalçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Qazel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Bunlar Bakı şəhər sakinləri - 1964-cü il təvəllüdlü İmanova Roza Eldarovna, 1978-ci il təvəllüdlü Şirməmmədzadə Nailə Tofiq qızı və 2001-ci il təvəlüdlü Vəliyeva Nigar Mais qızıdır. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












