Banner

Xızıda polis əməkdaşı yol qəzasında ağır xəsarət aldı

Qəzalar 8 Avqust 2023 08:19 Oxunub 1228
Xızıda polis əməkdaşı yol qəzasında ağır xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xızı rayonunda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralanıb.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmməd Rafael oğlu Kərimov ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır. (report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh