Xocalıda şirkət əməkdaşı qəzada öldü - FOTO

Xocalıda evakuator qəza törədib.
Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mədətkənd ərazisində qeydə alınıb.
"175 Yükdaşıma və Evakuasiya" şirkətinə məxsus evakuator idarəetmədən çıxaraq ağaclara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Mədətkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Təyyar Əliyev "FOW Tiger VH" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı meşə massivindəki ağaclara çırpılıb və nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












