Yağışlı Bakıda qeydə alınan qəzaların görüntüləri - FOTOLAR

"Yağışlı havada yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması nəqliyyat sıxlığına səbəb olub, bəzi yollarda sıxlığın müddəti daha da artıb".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında bildirilib:
Qeyd olunub ki, bu gün səhər saatlarından paytaxt ərazisində müşahidə edilən yağışlı hava şəraiti yollarda təbii olaraq nəqliyyatın hərəkət sürətinin aşağı düşməsinə və bəzi yollarda sıxlığın yaranmasına səbəb olub. Ancaq bir neçə küçə və prospektdə qəzaların baş verməsi və texniki nasaz avtomobillərin yolda qalması, sıxlıq olmayan yollarda da nəqliyyatın hərəkətində ləngimələr yaradıb.
NİİM qəzaların qeydə alındığı, texniki nasaz avtomobillərin yolda qaldığı küçə və prospektlərin siyahısını təqdim edib:
Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun "Koroğlu" stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, metronun "20 Yanvar" stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Nizami rayonu, Heydər Əliyev prospekti, tunel, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Nizami rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Xətai rayonu, Babək prospekti, "Aysun" şadlıq evinin qarşısı, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun "20 Yanvar" stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;
Xətai rayonu, 8 Noyabr prospekti, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, keçid, metronun "20 yanvar" stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;
Nəsimi rayonu, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi, texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun "20 Yanvar" stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, tunel, metronun "20 Yanvar" stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb.
Qeyd edək ki, yollarda yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən birlikdə müvafiq tədbirlər görülür.
Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Rusiyada avtobus qəzası: 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR - YENİLƏNİB
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
























