Yanğından qaçan sərnişinləri QATAR VURDU - 12 ölü

Hindistanın qərbindəki Maharaştra ştatında qatarda baş verən yanğın şayiəsinin sərnişinlər arasında çaxnaşma yaratmasından sonra 12 nəfər ölüb. Onlardan bəziləri vaqonlarından tullanaraq bitişik relslərdə hərəkət edən başqa bir qatara çırpılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
Qəza Mumbaydan 400 km aralıda baş verib. İlkin məlumata görə, qatarın vaqonlarından birinin içərisində qığılcımlar yaranıb və bəzi sərnişinlər panikaya düşüblər.
Onlar təcili dayandırma zəncirini çəkib, bəziləri isə relslərə tullanıb. Hadisə anında bitişik yoldan başqa bir qatarın keçdiyi bildirilir.
Hadisə yerinə təcili xilasetmə qatarı göndərilib. Polisin verdiyi məlumata görə qatarla relslər arasında qalan 12 nəfər həlak olub. Daha bir neçə nəfər isə yaralanıb.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB











