Yasamalda qadını öldürən sürücü həbs edildi

Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Səlminaz Həmidovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü müəyyən edilib. Qadının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Ramid Süleymanov törədib. O, həbs edilib. Qeyd edək ki, hadisə rayonun A.Şərifzadə küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Səlminaz Həmidova vurulub. Piyada hadisə yerində ölüb. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçmışdı.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












