Yasamalda zəncirvari qəza: 5 avtomobil və motosiklet toqquşdu - VİDEO

Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində 5 avtomobilin toqquşmasıya nəticələnən zəncirvari qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, yol-nəqliyyat hadisəsi dünən axşam saatlarında qeydə alınıb. Qəza 10-CC-803 dövlət nömrə nişanlı, “Volkswagen Passat”markalı, 90-EC-190 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı, 77-HA-506 dövlət nömrə nişanlı, “Opel Astra” markalı, “Kia Rio” markalı, 99-KO-620 dövlət nömrə nişanlı, “Nissan Sunny” markalı avtomobillərin və motosikletin iştirakıyla baş verib. Hadisənin baş verməsinə səbəb yüksək sürət həddinin olduğu bildirilib. Belə ki, yüksək sürətlə hərəkət edən “Volkswagen” sürücüsü qəfil idarəetməni itirərək əks yola çıxıb. Bu zaman yolda dayanan nəqliyyat vasitələri ilə toqquşub. Qəza nəticəsində “Volkswagen” və “Nissan” markalı avtomobillər tamamilə sıradan çıxıb, digər nəqliyyat vasitələrinə də müəyyən dərəcədə ziyan dəyib. Həmçinin hadisəni törədən “Volkswagen” sürücüsü və qəza qurbanlarından olan bayker aldıqları xəsarətlə xəstəxanaya yerləşdirilib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












