"Yeni Klinika"nın qarşısında avtomobil qadını vuraraq öldürüb

Qəzalar 7 Fevral 2022 11:28
"Yeni Klinika"nın qarşısında avtomobil qadını vuraraq öldürüb
WhatsApp kanalımıza abunə olun

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın xəbərinə görə, hadisə Heydər Əliyev prospektində "Yeni Klinika"nın qarşısında qeydə alınıb.

Şəhər sakini Elşad Şirinov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

APA

Oxunub : 1448
ŞƏRH YAZ
Ad

E-mail

Şərh