Yeniyetmənin ölümüylə nəticələnən qəza anbaan kameraya düşdü - VİDEO

Avtomobildə "şou" göstərən yeniyetmələrin törətdikləri qəza anbaan kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə gündəmə düşən qəza hadisəsi Türkiyədə qeydə alınıb. Sükan arxasında əyləşən 17 yaşlı yeniyetmə və yan oturacaqda oturan 13 yaşlı dostu kameranı açaraq göstərdikləri “şou”nu lentə alıblar. Kameraya düşən görüntülərdən aydın olduğu kimi, yeniyetmələr avtomobildə olduqlarını unudaraq mahnının təsiri altında təhlükəli əl-qol davranışları sərgiləyərək qarşı yola baxmırlar. Nəticədə sükan çənbərindən əlini götürən yeniyetmə anidən idarəetməni itirir və avtomobili yol kənarındakı dirəyə çırpır. Qəzanın ən acınacaqlı məqamı isə, kameraya düşən arxa oturacaqda əyləşdirilən 3 yaşlı körpənin qorxaraq ağlaması olub.
Qeyd edək ki, qəza zamanı 13 yaşlı yeniyetmə həyatını itirib. Sükanı idarə edən şəxs və arxa oturacaqdakı 3 yaşlı uşaq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












