Yevlax və Şəmkirdə ağır yol qəzaları - 4 nəfər həlak olub, 5 yaralı var - VİDEO

Yevlaxda minik maşını yol kənarında dayanan krana çırpılıb, nəticədə sürücü dünyasını dəyişib.
Hadisə gecə saatlarında Yevlax-Bərdə yolunda qeydə alınıb.
Minik maşınının sürücüsü Davani Əmiraslanov idarəetməni itirərək avtomobili yol kənarında dayanan avtokrana çırpıb. Ağır bədən xəsarətləri alan sürücü hadisə yerində dünyasını dəyişib.
Şəmkirdəki zəncirvari qəzada isə bir ailənin 3 üzvü ölüb, 5 nəfər xəsarət alıb. Hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun rayonun Qasımallar kəndindən keçən hissəsində qeydə alınıb. Minik avtomobillərinin toqquşması nəticəsində sərnişinlər - Bayram Gözəlov, Gəncalə Əliyeva və Aliyə Əliyeva hadisə yerində dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir. Sürücünün övladları Yasin və Hüseyn Gözəlovlar, Hicran Əliyeva, eləcə də hər iki sürücü - Elməddin Zeynalov və Sənan Allahverdiyev də xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










