Yevlaxda ağır qəza: Ölən və yaralananlar var

Ötən gün Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu Kolanı kəndinin ərazisindən keçən hissəsində yol qəzası olub.
Avtosfer.az xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes-Benz C 200” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb.
Qəza zamanı həmin maşında olan sərnişin 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər, 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinə aparılıblar.
Avtomobilin sürücüsü V.İsmayılzadəni hadisə yerində aşkar etmək mümkün olmayıb. Hadisə “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı onun kanala düşməsi ehtimal olunur.
Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
unikal
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












