Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var

Yevlax rayonunda ard-arda iki yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisələrdən biri Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “KİA” markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü X.Cəfərov müxtəlif bədən xəsarətləri alıb. Digər bir qəza isə Yevlax şəhər ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü S.Allahverdiyev xəsarət alıb. Hər iki qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Xatırladaq ki, bundan öncə Yevlax rayon ərazisində daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb və iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO











