Yevlaxda qəza: Yoldan çıxan “Mercedes-Vito” meşəliyə girdi

Yüksək sürətlə hərəkət edən minik vasitəsi sərnişinlərin xəsarətiylə nəticələnən qəza törədib.
Avtosfer.az xəbər verir ki, qəza hadisəsi iyunun 27-də saat 17 radələrində Yevlax rayonunda qeydə alınıb. Görüntülərdən aydın olduğu kimi, 10-TY-428 dövlət nömrə nişanlı, “Mercedes-Vito” markalı minik vasitəsi öndən gələn “Mercedes-Atego” markalı yük maşınının qarşısına çıxması ilə yol kənarındakı meşəliyə girib. Hadisə şahidlərinin məlumatına əsasən, qəzanın baş verməsinə səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Nəticədə qarşıdan gələn yük avtomobili ilə toqquşmamaq üçün ana yoldan çıxan “Mercedes-Vito” ağaca çırpılıb. Minik vasitəsinin ön hissəsi yarasız hala düşüb. Sürücü xəsarət almasa da, sərnişinlər arasında ağır yaralananlar olub.
Nərmin
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












