Yol polisi əməkdaşı velosipedçini vurdu, sonra bıçaqladı

Moskva vilayətində yol polisi əməkdaşına qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.
Avtosfer.az-ın məlumatına görə, iyunun 15-də avtomobili idarə edən polis Kosyakovo kəndi yaxınlığında yolda idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb.
Hadisə nəticəsində o, yolda hərəkətdə olan velosipedçini vurub. Sonra o, dayanıb və zərərçəkmişin işini bitirmək qərarına gəlib, bıçağı çıxarıb, yerdə uzanmış zərərçəkmişə yaxınlaşıb və mədəsinə nüfuzedici zərbə endirdikdən sonra hadisə yerindən qaçıb.
Bıçaqlanan velosipedçini yoldan keçənlər görüb və hadisə barədə təcili xidmətə məlumat veriblər. Zərərçəkmiş ən yaxın xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Bir neçə gün sonra müstəntiqlər təcavüzkarın şəxsiyyətini müəyyənləşdirə biliblər. Polis həbs edilib və barəsində cinayət işi açılıb.
Lent.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












