Yol qəzasında ana və iki uşağı yaralandı

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə sentyabrın 6-da saat 21.30 radələrində Lənkəran şəhərində qeydə alınıb. Rayonun Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Faiq Kazımovun idarə etdiyi “VAZ-21011” markalı, 42 BE 724 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn və Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Şamil Babayevin idarə etdiyi “Hundai Sonata” markalı, 90 HE 579 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “VAZ-21011”-in sürücüsü ilə sərnişinləri – rayonun Səpnəkəran kənd sakini, 1985-ci il təvəllüdlü Esmira Səfərova, onun 7 yaşlı qızı Fatimə Səfərova və 5 yaşlı oğlu Zamin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralıların 4-ə də lazımi yardımlar göstərilib, hazırda ana ilə uşaqların vəziyyəti stabil, F. Kazımovun vəziyyəti isə orta-ağırdır. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












