Yol qəzasında sürücü həyatını itirdi

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 205,5-ci kilometrliyində, yolun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində, iri ticarət mərkəzinin qarşısında baş verib.Ələt istiqamətində hərəkət edən Aşağı Nüvədi qəsəbə sakini, 1938-ci il təvəllüdlü Məmmədov Hidayət Xəlil oğlunun idarə etdiyi "Vaz 2107" markalı avtomaşın əks istiqamətdən gələn rayonun Xolmili kənd sakini, Hüseynov Fail Xudaverdi oğlunun idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində "Vaz 2107"nin sürücüsü və maşında olan sərnişin - 2011-ci il təvəllüdlü Məmmədova Zeynəb Ruslan qızı ağır bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzinə çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Hidayət Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Zeynəb Məmmədova isə təcili əməliyyata alınıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər. "Mercedes"in sürücüsü Fail Hüseynov isə qəzadan xəsarətsiz ötüşüb. Qəzanın yüksək sürət və ya digər səbəbdən baş verməsi aparılan istintaq nəticəsində müəyyən olunacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












