Yol qəzasında üç nəfər xəsarət alıb

Şəkidə baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-ya verilən məlumata görə, hadisə rayonun Daşbulaq kəndi ərazisində baş verib.
Şəki rayonu Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Elvin İslam oğlu İsmayılov idarə etdiyi "Mercedes" markalı, 55 BT 117 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb.
Qəzadan sonra sürücü Elvin İsmayılov, onun sərnişinləri, Daşbulaq kənd sakinləri- 1994-cü il təvəllüdlü, Elxan Əvəz oğlu Əmirli və 1997-ci il təvəllüdlü Elməddin Nadir oğlu Novruzlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Şəki RMX-dan verilən məlumata görə, yaralılardan Elvin İsmayılovun və Elməddin Novruzlunun xəsarətləri yüngül olduğundan xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Elxan Əmirlinin üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










