Yol qəzasında xəsarət alan 3 nəfər xəstəxanada öldü

Müxtəlif vaxtlarda yol qəzasına düşmüş şəxslər dünən xəstəxanada vəfat edib. Avtosfer.az xəbər verir ki, avqustun 31-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində şəhər sakini Ramil Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib və sentyabrın 1-də orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa avqustun 31-də saat 19 radələrində Göyçay rayonunun Qarayazı kəndində rayon sakini Elşən Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu velosipeddə keçən həmyerlisi Zaur Xankişiyevi vurub. Z.Xankişiyev xəstəxanaya yerləşdirilib və sentyabrın 1-də orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Digər hadisə isə avqustun 30-da saat 21 radələrində Quba rayonunun Vladimirovka kəndində baş verib. Rayon sakinləri Şöhrət Mahmudovun idarə etdiyi “Mercedes” və Sabir Eyyubovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub və nəticədə S.Eyyubov və sərnişini Yəmən Əliyeva xəstəxanaya yerləşdirilib. S.Eyyubov sentyabrın 1-də orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












