Yola qaçan azyaşlı “VAZ-2107”nin toruna düşdü - VİDEO

Yola qaçan azyaşlı avtomobilin hədəfindən yan keçməsə də, sağ qaldı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan qəza hadisəsi istifadəçilərin alqışına səbəb olub. Mühafizə kamerasına düşən görüntülərdən də aydın olduğu kimi yolun qarşı tərəfindən gələn “VAZ-2107” markalı maşın yola qaçan azyaşlını vurub. Yola çıxan topu götürmək üçün qəfil küçəyə qaçan azyaşlı diqqətsizliyin qurbanı olub. Belə ki, o, yolun sol tərəfindən yüksək sürətlə gələn maşının hədəfindən qurtula bilməyib. Son anda uşağı görən sürücü manevr etsə də, qəzanın yaranmasının qarşısını ala bilməyib. Nəticədə avtomobilə dəyərək arxa düşən azyaşlı bir neçə saniyə sonra ayağa qalxıb. Sürücü və sərnişin dərhal maşından düşərək uşağın vəziyyəti ilə maraqlanmağa çalışıb.
Qeyd edək ki, yaşayış məhəlləsində mövcud olan yollarda sürücülərin sürət həddini nizamlaması mütləq şərtdir. Həmçinin piyadalar da yolun hər iki tərəfinə baxdıqdan sonra hərəkətə keçməlidirlər.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












