“Azərsu”dan qurumun apardığı təmir zamanı qəzaya düşən maşınla bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

“Azərsu” ASC 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsinə səbəb olan təmirlə bağlı xəbərdaredici nişanın qoyulmasının səbəbini açıqlayıb.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı oxu.az-a açıqlamasında bildirib ki, Xətai Rayon Sukanal İdarəsi tərəfindən sözügedən prospektdə kanalizasiya baxış quyusunun qapağı dəyişdirilirdi:
“Bu səbəbdən yola xəbərdaredici nişan qoyulub. Hadisə dünən baş verib. Təmir işləri də dünən yekunlaşıb. Yol nişanı təyinatı üzrə bəlli məsafədə yerləşdirilib. Qəza törədən nəqliyyat vasitəsinin sürücüsünün xəbərdaredici nişanı görməməsinə bir münasibət bildirə bilmərik. Qəza qurumun gördüyü təmir-bərpa işləri səbəbindən baş verməyib”.
***
Bakıda “Toyota Prius” markalı avtomobil yolda təmirlə bağlı yanlış qoyulan xəbərdaredici nişana çırpılıb.
Hadisənin videogörüntüsü sosial şəbəkədə paylaşılıb.
Belə ki, avtomobil yolunda təmirlə bağlı qoyulan xəbərdaredici nişan yol-nəqliyyat hadisəsinə səbəb olub.
Sözügedən ərazi 8 Noyabr prospektidir. Elan isə “Azərsu” ASC-yə aid olub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












